Mobifix təmir xidməti sahəsində ixtisaslaşmış bir markadır. Biz Xidmət Mərkəzi Mütəxəssisi vəzifəsi üçün yeni vakansiyanı açıq elan edirik. Mütəxəssis bizim yeni açılan Xidmət Mərkəzimizdə fəaliyyət göstərəcək.
Biz sahə üzrə ən azı 3 il peşəkar təcrübəsi olan, yüksək motivasiyalı texniki mütəxəssis axtarırıq. Idarəetmə sahəsində təcrübəsi olanlara üstünlük verilir. Bu vəzifəyə seçiləcək şəxs çoxsaylı təmir işlərinin həyata keçirilməsinə rəhbərlik edəcək, texniklər komandasını idarə edəcək, onları təlimatlandıracaq və inkişaf etdirəcək.
Əgər bu təklif sizə uyğundursa, həmçinin
ən müasir təmir texnikalarını öyrənməyə həvəslisiniz, gündəlik smartphone-larla işləyirsiniz
inkişafa və yeniliklərə meyllisiniz
texnologiyanı sevir və digərlərini öyrətməyə həvəslisinizsə
…o zaman haqqınızda məlumatı bizə göndərin.
Biz təklif edirik:
Rəqabətə davamlı əmək haqqı
İcraya uyğun həvəsləndirici bonuslar
Şən, çevik və rəqabətli komanda mühiti
İşin təsviri
Avirtel-in Xidmət Mərkəzini tanıtmaq, şirkətin təklif etdiyi bütün xidmət və məhsulları təqdim etmək
Gündəlik əməli işlərin tamamlanmasını təmin etmək
Müştərilərin smartphone, noutbuk və kompyuterlərini təmir etmək
Təmir texnikləri komandasına rəhbərlik etmək
Dinamik mühitdə çoxsaylı təmir işlərini idarə etmək
Standart əməli prosedurların komanda tərəfindən riayət olunmasına nail olmaq
Qarşıya qoyduğu hədəflərə çatmaq və ya onları aşmaq
İnventar hesablar və malların giriş-çıxışının qeydiyyat siyahıları daxil olmaqla işin bütün inzibati aspektlərini idarə etmək
Sağlam rəqabət məqsədilə əlavə bilik və bacarıqlar əldə etmək
Tələb olunarsa, müvafiq təlimlərdən keçmək
Uğurlu namizəd aşağıdakı funksiyaları həyata keçirəcək:
Günün müəyyən saatlarında, həmçinin axşamlar və bayramlarda işləmək tələb oluna bilər
Uzun saatlar işləmə qabiliyyəti
Kargüzarlıq işlərini zamanında və səliqəli yerinə yetirmək
Kompyuter, wifi, surətçıxarma və skayner avadanlıqlarından istifadə bacarığı
İşin tələbinə əsasən ofisdənkənar işləmək təlıb oluna bilər
Xidmətdən narazı qalan müştərilərlə təmas qurmaq
Qarşıya qoyulan hədəflərə çatmaq və ya onları aşmaq
Tələb olunan keyfiyyətlər:
texniki və peşəkar iş təcrübəsi
lehimləmək təcrübəsi
idarəetmə təcrübəsi
hədəflərə və kvotalara çatması barədə yazılı sənəd